• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1683
— 16.08.2017 18:11

Tövlə yandı, heyvan tələf oldu

KepezTV Player

Qazaxda tövlə yanıb, içindəki iribuynuzlu heyvan isə tələf olub. Kosalar kəndində Tarzan Hüseynova məxsus təsərrüfatda yaranan qəfil alovun miqyası tezliklə böyüyüb. Hadisə yerinə dərhal FHN-nin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də, tövləyə ciddi ziyan dəyib. Bir baş iribuynuzlu tüstüdən boğularaq tələf olub. Həmçinin yaxınlıqdakı 5 ton ot bağlaması yanaraq külə dönüb. Hadisənin səbəbləri araşdırılır.

 

Zülfiyyə Telmanqızı