• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2257
— 16.08.2017 18:44

Tanışı ilə qohumunun evini taladı

KepezTV Player

Deyirlər ağıllı və səxavətli adamlar mallarını dostlarla yeyirlər. Amma dostunun malına göz dikənlər də var. İndi oğurluqdan danışacayıq. Dost oğurluğundan. Sözün hər iki mənasında... Tanışı ilə əlbir olub dostunun evinə qarətə girdi. Onun nəfsi 45 min manatı sildi, həmin məbləğ isə illərin dostluğunu

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin əməkdaşları rayon ərazisindəki evlərdən birində baş verən oğurluq faktının üstünü açıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ramiz Ağayev və tanışı Ziyad Abdullayev tutulub. Onların saxlanması ilə başqa qaranlıq məsələlərə də işıq düşüb. Araşdırmalarla məlum olub ki, Ramiz Ağayev tanışı ilə birgə öz qohumunun evinə müxtəlif vaxtlarda bir neçə dəfə oğurluğa girib. Özü də elə qohumunun ona olan etimadından sui-istifadə etməklə.

Evdən ümumilikdə 45 500 manatın oğurlandığı bildirilir. Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Zülfiyyə Telmanqızı