• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1693
— 16.08.2017 18:59

Yollar yenə qan gölünə döndü

KepezTV Player

Lənkəranda iri buynuzlu heyvanın avtomobilin qarşısına çıxması səbəbindən idarəetməni itirən sürücü əvvəlcə heyvanı vurub, sonra digər bir avtomobillə toqquşub. Nəticədə iki nəfər ölüb, 5 nəfər xəsarət alıb. Hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Astara istiqamətində hərəkətdə olan rayon sakini, 33 yaşlı Rüstəm Süleymanovun idarə etdiyi “Mercedes” Lənkəran sakini Kamran Xudiyevin sürücüsü olduğu “VAZ”la toqquşub. “VAZ”ın sürücüsü və 45 yaşlı Səbirə Əlimirzəyeva hadisə yerində ölüblər. Sıxılmış vəziyyətdə qalan sürücünün meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb. “Mercedes”in sürücüsü, sərnişinləri - Sumqayıt şəhər sakinləri 37 yaşlı Solmaz Hüseynova, 33 yaşlı İradə Mikayılova, həmçinin “VAZ”ın sərnişinləri Elməddin Əlizadə və Tacir Əlimirzəzadə xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Tacir Əlimirzəzadənin vəziyyəti ağır qiymətləndirilir. ((K/A)) Balakəndə baş verən zəncirvari yol qəzasında da 5 nəfər xəsarət alıb. Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 157-ci kilometrliyində, rayonun Poçtbinə kəndi ərazisində Gərəkli kənd sakini Əli Qarayevin idarə etdiyi “VAZ 21099”, Püştətala kənd sakini Manaf Abdurahmanovun sükanı arxasında olduğu “VAZ 21063” və Talalar kənd sakini Xəyal Şabanovun sürdüyü “VAZ 21070” toqquşub. Qəza nəticəsində 26 yaşlı Manaf Abdurahmanov, 43 yaşlı Əli Qarayev, Ramin Mohumov və 36 yaşlı Elçin Abdullayev aldıqları müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar, vəziyyətləri orta-ağır qiymətləndirilir. Digər yaralı - Katex kənd sakini 38 yaşlı Ramil Mehdiyev isə lazımi tibbi yardım edildikdən sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib. ((K/A)) Daha bir qəza Ucarda, Bakı-Qazax magistralının Müsüslü kəndi ərazisindən keçən 220-ci kilometrliyində qeydə alınıb. Şəmkir sakini Röyal İbrahimlinin idarə etdiyi "FORD" markalı, pomidorla yüklənmiş sərnişin mikroavtobusu əks istiqamətdə hərəkətdə olan, Ağdam sakini Bəxtiyar Səfərovun sükanı arxasında olduğu "KAMAZ"-a çırpılıb. Mikroavtobusun sürücüsü və sərnişini Zahid İslamzadə xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Qəzaların səbəblərinin araşdırılması istiqamətində tədbirlər görülür.

 

Zülfiyyə Telmanqızı