• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2284
— 16.08.2017 21:51

Göygöldə 6 otaqlı ev yandı

Göygöldə yaşayış evində yanğın olub. Alov Çaykənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan ikimərtəbəli tikilini cənginə alıb. 6 otaqlı evin yanar konstruksiyaları və əşyaları külə dönüb. Bitişik tövlə yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Xaliq Qurbanlı