• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1047
— 15.08.2017 17:58

“Qarabağ” qrupa düşmək üçün mübarizəyə başlayır

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək. Azərbaycan tarixində ilk dəfə bu mərhələdə təmsil olunacaq.

Ağdamın “Qarabağ” klubu qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək uğrunda mübarizədə “Kopenhagen”lə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək görüşü italiyalı hakimlər briqadası idarə edəcək.

 

Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyun

15 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)

Baş hakim: Paolo Taqliavento (İtaliya)

Azad Rəfi