• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2046
— 15.08.2017 17:00

Vüqar Rəsulov Türkiyədə birinci oldu

KepezTV Player

Gəncə şahmatçısı Vüqar Rəsulov beynəlxalq arenada uğurlu çıxışını sürdürməkdə davam edir. Rəsulov Türkiyənin Çanaqqala şəhərində keçirilən 25-ci Beynəlxalq Şahmat turnirinin ikiqat mükafatçısı olub. Belə ki, qrossmeyster həm klassik, həm də blits yarışda medalçılar sırasında yer alıb. Vüqar klassik mübarizədə 7,5 xalla 2-ci yeri tutub. 110 iştirakçının qatıldığı blits turnirdə isə o, daha inamlı çıxış edərək bütün oyunlarda 100 faizlik nəticəyə imza atıb.

Azad Rəfi