• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1413
— 15.08.2017 11:42

Gəncədə 81 yaşlı kişini avtomobil vurub

KepezTV Player

Hadisə bu gün səhər saatlarında şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Gəncə sakini Rahib Qocayev yolu keçən zaman naməlum avtomobil onu vurub və sürücüsü hadisə yerindən uzaqlaşıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Burada xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra, o şəhərdə fəaliyyət göstərən özəl xəstəxanalardan birinə göndərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.