• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1047
— 14.08.2017 18:06

İraqdan gələn maşından 430 minə yaxın qaçaqmal siqaret aşkarlandı

KepezTV Player

Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında İdarənin "Qoşa Təpə" gömrük postunda İran, Azərbaycan və Gürcüstan ərazilərindən tranzit keçməklə İraqdan Türkiyəyə yüksüz gedən Türkiyə vətəndaşı Yıldırım Süleymanın idarə etdiyi "VOLVO" markalı soyuducu yük avtomobili saxlanılıb. Gömrük və sərhəd xidməti əməkdaşları birgə maşına əsaslı baxış keçiriblər. Nəqliyyat vasitəsində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilib, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış ümumilikdə 429600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı