• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 899
— 14.08.2017 18:36

70-ə yaxın sürücü məsuliyyətə cəlb olundu

KepezTV Player

İsti yay günlərində nəqliyyat vasitələrinin intensivliyi daha da artıb. Odur ki, yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə Yol Patrul Xidməti əməkdaşları müxtəlif ərazilərdə reydlər keçirir. Lənkəranda belə bir reyd zamanı 70-ə yaxın sürücüyə inzibati qaydada protokol tərtib edilib.

Yayda xüsusi ilə bazar və istirahət günlərində əhali dincəlmək, istirahət etmək üçün daha çox Cənub bölgəsinə və digər ərazilərə üz tutmalı olur. Belə bir vaxtda şəxsi avtomobillərdən daha çox istifadə edildiyindən magistral yollarda intensivlik artır, yollarda sıxlıq yaranır. Odur ki, avtomobillərin təhlükəsizliyini təmin etmək üçün BDYPİ-nin YPX alayının 11-ci tağımı tərəfindən Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində reyd keçirilib.Bir neçə saat davam edən reyd zamanı qayda pozan sürücülərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tətbiq edilib.

2 saatdan çox davam edən reyd zamanı minik avtomobillərinin və sərnişin mikroavtobuslarının sürücüləri saxlanılaraq maarifləndirmə işləri aparılıb, təhlükəsizlik qaydaları izah edilib. Yol polisi sürücülərə yola çıxarkən daha diqqətli olmağı tövsiyə edib. Bu kimi reydlərin mütəmadi olaraq keçirilməsi planlaşdırılır.

 

Zülfiyyə Telmanqızı