KepezTV Player
46 yaşlı Şəki sakinini ilan sancıb. Hadisə Cumakənd kəndində qeydə alınıb. Afər Məmmədov sahədə tütün suvararkən gürzə onu ayaq nahiyəsindən dişləyib. Zərərçəkən Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardımdan sonra isə Bakıya - Respublika Toksikologiya Mərkəzinə göndərilib. Digər hadisə isə Qoxmuq kəndində qeydə alınıb. 30 yaşlı Şahlar İdrisov həyətyanı sahəsində çalışarkən ilan onu əlindən sancıb. O, dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, zəhər əleyhinə zərdab vurulub. Həkimlər vəziyyətini normal qiymətləndirirlər.
Zülfiyyə Telmanqızı
- Baxış: 635