Gəncənin Mərkəzi Kolxoz Bazarı təmirə dayanacaq. Kənd təsərrüfatı mallarının satışı bazarında tezliklə yenidənqurma işləri başlayacaq. Bildirilir ki, indi bazarda sıxlıq müşahidə edilir və hazırkı şərait xidmət səviyyəsinin tələb edilən səviyyədə olmasına imkan vermir. Odur ki, 64 illik tarixə malik bazarın müasir standartlara uyğun şəkildə yenilənməsi üzərində iş aparılır, layihə hazırlanır. Layihə bazarın əsaslı dəyişməsinə səbəb olacaq.
Mərkəzi Kolxoz Bazarının direktor müavini: Şəhərdə abadlıq, quruculuq işləri gedir. Bizdə bundan geri qalmamaq üçün, bazarda yeni lahihəyə uyğun işlər görəcəyik. Yeni bazarla köhnə bazarın fərqi onda olacaq ki, qədimiliyin qorunması şərtilə köhnə, Mərkəzi Kolxoz Bazarı olaraq qalacaq, amma standartlara, sanitar-gigiyenik qaydalara cavab verəcək.
- Baxış: 1903