• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1498
— 11.08.2017 19:01

Əmioğlanları cinayət törətdilər

KepezTV Player

Qohumluq əlaqələrini sıx tutub, sıx saxlamaq yaxşıdır təbii ki. İki əmioğlunun əlbir olub pul qazanmaq adı ilə hansısa bir işə qol qoymasına heç kəs heç nə deyə bilməz, amma əgər gördükləri iş qanunun sərhədlərini pozmursa. Onların əməli qanuna da sığmır, vicdana da. Əmioğlanlarının törətdiyi cinayətdən elə indicə xəbər tutacaqsınız.

Balakən Rayonun Katex kənd inzibati ərazisində, meşəlik ərazidə narkotik tərkibli bitkilərin kultivasiya üsulu ilə əkilməsi barədə RPŞ-yə məlumat daxil olub. Məlumat əsasında keçirilmiş tədbir nəticəsində rayonun Mahamalar kənd sakinləri olan əmioğlanları- 1983-cü il təvəllüdlü Firuddin Umaxan oğlu Xəlilov və 1969-cu il təvəllüdlü İslam Şeyx oğlu Xəlilov ərazidə narkotik tərkibli bitki hesab olunan çətənə kollarına qulluq edən zaman iş başında yaxalanıblar. Polis əməkdaşlarının əraziyə gəldiyini görən İslam Xəlilov ərazidən qaçaraq hələki istintaqdan yayına bilib. Əvvəllər oğurluq etdiyi üçün məhkumluq həyatı yaşayan Firuddin Xəlilov polis əməkdaşları tərəfindən saxlanılıb. Hal şahidlərinin iştirakı ilə ərazinin iki müxtəlif hissəsində kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən, hündürlüyü 35 sm-dən 3 metrə qədər olan 50 ədəd çətənə bitkisinin kolları aşkarlanaraq götürülüb.

Ərazidə narkotik tərkibli bitkilərin əkilməsində, qurudulmasında iştirak edən və əməliyyat tədbiri zamanı qaçan İslan Xəlilovun tutularaq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.

 

Vüsalə Camal