• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 11.08.2017 18:04

Məsuliyyətini dərk etməyənlər tapılıb

KepezTV Player

Yol polisi əməkdaşları Goranboy rayonu ərazisində və Dəliməmmədli şəhərində də yoxlamalar keçiriblər. Əsas məqsəd kənd təsərrüfatı texnikalarının magistral yola çıxması və buna görə də təhlükəli situasiyaların yaranması ilə bağlı vəziyyəti nəzarətə götürmək olub. Eyni zamanda yol polisləri sərxoş halda sükan arxasına keçən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürət həddini aşan, avtomobili sənədsiz idarə edən və yol-hərəkəti qaydalarını pozan digər sürücülərü aşkarlamağa çalışıblar. Sərxoşluq əlamətləri olan sürüclər bəzi hallarda polisə müqavimət göstərməyə cəhd göstərib. Bütün bunlara baxmayaraq sərxoş olduğu təsdiqlənən və qaydanı pozan digər sürücülər barəsində müvafiq cəza tədbirləri görülüb. Dövlət Yol Polisi əməkdaşlarının reydləri qarşıdakı günlərdə də davam edəcək. 

 

Vüsalə Camal