Şimal bölgəsində qanunu pozan sürücülərin bir çoxu inzibati protokol yazıldıqdan sonra yoluna davam etsə də, bəzilərinin avtomobilləri cərimə meydançasına aparılıb.
100-ə yaxın avtomobildən 15 i cəriməni vaxtında ödəməyib. Bu səbəbdən avtomobillər cərimə meydançasına aparılır. Siyəzəndə keçirilən reyddə 2 aydan yuxarı cəriməsi olan sürücülər müəyyənləşdirildi.
Əliağa Əsgərbəyli - Siyəzən Dövlət Yol Polisi bölməsinin rəisi: “Sürücülərin nəzərinə çatdırırıq həmdə xahiş edirik ki,ödənməyən cərimələri vaxtında ödəsinlər. Çünki tərəfimizdən aşkar edilərək barələrində inzibati xətalar məcəlləsinin 529.3 maddəsi ilə inzibati protokol tərtib edilərək tərəfəmizdən məhkəməyə göndəriləcək. Burdada onların məsuliyyəti 6 aydan bir ilədək sürücülük hüquqununməhdudlaşdırılması nəzərdə tutulur”.
İstirahət mərkəzlərinin yerləşdiyi hərəkətin intensiv olduğu Nabrana gedən Gəndob - Yalama yolundakı reyddə isə 60 avtomobil saxlanıldı. Manevr və ötmə qaydalarını pozan eləcədə təhlükəsizlik kəmərindən istifadə etməyən 35 sürücüyə inzibati protokol tərtib edildi.
Vüsalə Camal
- Baxış: 1093