• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1137
— 11.08.2017 18:21

Velosipedçinin ölümünə bais olan sürücü həbs edildi

KepezTV Player

Bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonunda velosipedçinin ölümü ilə nəticələnən qəzaya səbəb olan sürücü həbs edilib. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumatda bildirilir ki, avqustun 8-də saat 22:20 radələrində Bakı dairəvi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən hissəsində 25 yaşlı Nicat Quliyev idarə etdiyi “Kia Cadenza” markalı avtomobillə onunla eyni istiqamətdə hərəkət edən velosipedçi 25 yaşlı Akif Abdullayevi və 24 yaşlı Fidan Rəhimovanı vurub. Daha sonra Ceyhun Bəylərovun idarə etdiyi BMW markalı maşınla toqquşaraq dayanıb. Akif Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Fidan Rəhimova müxtəlif bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Fakta görə Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci - yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Nicat Quliyev tutulub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Vüsalə Camal