Bu günə xəbərlərin oxunma sayı: 1569
— 11.08.2017 20:48

Şəmkirdə iki avtomobil toqquşub

Şəmkirdə iki maşın toqquşub, xəsarət alanlar var. Hadisə Bakı-Qazax magistralında baş verib. Yolun 402-ci kilometrliyində “BMW” və “Škoda” markalı avtomobillər toqquşub. Nəticədə iki nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Xaliq Qurbanlı