• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1392
— 11.08.2017 15:25

Goranboyda ilan vuran kişi Bakıya göndərilib

KepezTV Player

Goranboyda 50 yaşlı kişini ilan sancıb. Hadisə Gürzalılar kəndində baş verib. Kənd sakini Aqil Həsənov həyətyanı sahədə işləyərkən sürünənin hücumuna məruz qalıb. İlan onu sağ bud nahiyəsindən sancıb. Zərərçəkən ağır vəziyyətdə Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona ilkin yardım göstərilib, zəhər əleyhinə zərdab vurulub. Daha sonra isə paytaxtdakı xəstəxanalardan birinə göndərilib.

 

Vəfa Şairova