• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2070
— 10.08.2017 18:13

Yuyucu vasitələrin içərisində güclü təsiredici xassəyə malik preparatlar aşkar edildi

KepezTV Player

Narkotik vasitələri, güclü təsiredici xassəyə malik dərman pereparatlarını gizlətmək, bir ölkədən digərinə keçirmək üçün ən ağlagəlməz vasitələrə əl atan şəxslər bu səylərini həm özləri, həm cəmiyyət üçün faydalı işlərə sərf etsəydilər, hər şey tam fərqli olardı. Bu dəfə də İrandan ölkəmizə piyada keçmək istəyən Azərbaycan vətəndaşı o həmin güclü təsiredici xassəyə malik dərman pereparatlarını yuyucu vasitələrin içərisində gizlədərək keçirmək istəyib. Onun əl yükünə baxış zamanı 12 ədəd yuyucu vasitənin qablaşmasının pozulduğu aşkarlanıb. Qutulardan ümumi sayı 1250 ədəd olan tramadol aşkar edilib. Keçirilməsi qadağan olan dərman preparatında tramadolun təsiredici maddəsinin ümumi miqdarı 250 qram təşkil edir. Fakt araşdırılır.

Vüsalə Camal