• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1619
— 10.08.2017 23:22

Gəncədə 43 yaşlı kişi bıçaqlanıb

KepezTV Player

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib. Şəhərin Məhsəti qəsəbəsində yaşayan 43 yaşlı Mətləb Məmmədov bədənin müxtəlif nahiyyələrinin  kəsilmiş-deşilmiş yaraları ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Yaralıya tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

Şahin Quliyev həkim – “İlkin müayinə zamanı xəstədə təpə nahiyyəsinin çox saylı deşilmiş yaraları, sol sağrı nahiyyəsinin deşilmiş yarası və sağ baldırın yuxarı üçdə bir hissəinin kəsilimiş deşilmiş yarası aşkarlanıb. Xəstəyə yardım göstərilib, hazırda şöbəyə yerləşdirilib”.

Elnur Vahidoğlu