• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2407
— 10.08.2017 21:45

Gəncədə 56 yaşlı usta hündürlükdən yıxılaraq ölüb

KepezTV Player

Gəncədə çanaq anteni quraşdıran usta yıxılaraq ölüb. Hadisə şəhərin Əziz Əliyev küçəsində, 4 mərtəbəli binaların birində baş verib. İkinci mərtəbədə çanaq anteni quraşdıran 56 yaşlı Nəbi İmanov hündürlükdən yerə yıxılıb. Ağır xəsarət alan usta hadisə yerində ölüb. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Elnur Vahidoğlu