• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1241
— 10.08.2017 14:54

Gəncəli cüdoçu Avropa üçüncüsü oldu

KepezTV Player

Azərbaycanın cüdo üzrə paralimpiya yığması İngiltərənin Uolsoll şəhərində keçirilən Avropa çempionatında 7 müxtəlif əyarlı medal qazanıb. Mükafatçılar sırasında gəncəli paralimpiya çempionu Ramil Qasımov da yer alıb. Tatami ustası həm şəxsi, həm də komanda yarışında fərqlənməyi bacarıb. Fərdi mübarizələrdə Gürcüstan və İngiltərə cüdoçusunu məğlub edən Qasımov finalın bir addımlığında büdrəyib. Belə ki, rus idmançıya uduzan Nizami yurdunun təmsilçisi bürünc medal uğrunda görüşdə eyni ölkədən olan cüdoçunu üstələyərək qitə çempionatını medalla başa vura bilib.

Ramil Qasımov – Avropa çempionatının bürünc mükafatçısı – “Bu dəfə finala çıxışda səhvim oldu. Məlumdur ki, cüdoda hər an məğlub da ola bilərsən. Bu an mənə qismət oldu. Finala gedən yolda məğlub oldum və üçüncü yer uğrunda başqa bir rəqibimi yenərək bürünc medala layiq görüldüm. Komanda hesabında da 4 görüş keçirdik. Mübarizələr çətin keçdi. Amma həlledici görüşdə Ukrayna millisini 4:1 hesabıyla məğlub edərək qalib adını qazandıq”.

 

Orxan Cəfərzadə