• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1297
— 10.08.2017 14:33

Millimiz sülh bağladı

Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Sloveniya yığması ilə qarşılaşıb. İlk iki seti meydan sahibləri qazansa da, yekunda görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi 22 sentyabr - 1 oktyabrda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi ilə ölkə xaricində toplanışdadır.

 

Orxan Cəfərzadə