• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1092
— 10.08.2017 14:48

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb

Ötən ayla müqayisədə millimiz 1 pillə irəliləyib. İyulda oyun keçirməyən Robert Prosineçkinin komandası 427 xalla 79-cu pillədə qərarlaşıb.

Yığmamızın "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1549 xalla 2-ci,  Şimali İrlandiya 897  xalla 23-cü,  Çexiya 714 xalla 40-cı, Norveç 391 xalla 85-ci, San Marino isə 12 xalla 204-cü sırada yer alıb.

Siyahıya 1604 xalla Braziliya başçılıq edir.

 

Orxan Cəfərzadə