• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 679
— 09.08.2017 22:06

Daşkəsəndə toyda dava düşdü, 3 nəfər yaralandı

Daşkəsəndə şadlıq saraylarının birində toy məclisində dava düşüb. Qonaqlar arasında müsiqi sifarişi ilə bağlı mübahisə yaranıb. Mübahisə əlbəyaxa dava ilə nəticələnib və qonaqlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

 

Vüsalə Camal