• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1315
— 09.08.2017 19:29

Yol qəzaları faciələrə yol açdı

KepezTV Player

Yüksək sürət, qaydalara, nişanların tələblərinə riayət etməmək yenə öz sözünü dedi. Yenə yollardan qara xəbərlər gəldi. Bu dəfə sürücülərin məsuliyyətsizliyinə qurban gedənlər arasında uşaqlar da var.

Novxanı yolunda iki azyaşlının ölümü ilə nəticələnən ağır qəza qeydə alınıb. İki "Mercedes" və VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində daha 5 nəfər isə ağır bədən xəsarətləri alıb. 37 yaşlı Mehman Seyidov, 29 yaşlı Könül Seyidova, 25 yaşlı Ləman Mahmuzdazə, 25 yaşlı Lamiyə Mahmudzadə və 39 yaşlı Mehdixan Vəkilov xəstəxanaya çatdırılıblar. 6 yaşlı Gülçöhrə və 2 aylıq Mehram Seyidovlar hadisə yerində dünyalarını dəyişiblər. Polisin gəldiyi ilkin qənaətə görə, qəzaya 50-CK-402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini sərxoş idarə etməsi səbəb olub. O maşını yolun əks istiqamətinə çıxararaq hərəkət edirmiş. Sərxoş sürücü saxlanılıb. Qaradağda isə avtomobil 2 velosipedçini vurub, biri ölüb, biri yaralıdır. Qəza Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb. Şakir Tağıyev idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən iki velosipedçini vurub. Arxadan gələn "KİA" markalı avtomobil isə BMW-yə çırpılıb. Nəticədə velosiped sürən təxminən 35 yaşlı kişi hadisə yerində dünyasını dəyişib. Digər velosipedçi 24 yaşlı Fidan Rəhimova isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. Göygöldə mikroavtobus minik maşını ilə toqquşub, ölən var. Qəza Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2107” markalı avtomobilin sürücüsü Gəncə sakini 61 yaşlı Təvəkkül Qasımov hadisə yerində dünyasını dəyişib. Daha 4 nəfər isə xəsarət alıb. Onlar İveta Əliyeva, 40 yaşlı Şöhrət Quliyev, onun anası, 69 yaşlı Xanımzər Quliyeva və oğlu, 12 yaşlı Əlidir. Yaralılar Gəncə Şəhər Abbas Səhhət adına xəstəxanaya çatdırılıblar. Şəmkir rayonunun Qasımalılar kəndində də ağır yol qəzası olub. “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub. Qəza zamanı “Niva”nın sərnişini Gədəbəy rayon sakini 62 yaşlı Zahid Şirinov ağır vəziyyətdə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Bundan başqa “Niva”nın sürücüsü Gədəbəy rayon sakini 28 yaşlı Rauf Şirinov, həmçinin “Mercedes”də olan 3 nəfər - Şəmkir rayon sakinləri 25 yaşlı Samir Əsgərzadə, həmyaşıdı Rizvan Əliyev, Gədəbəy rayon sakini 33 yaşlı Ceyhun Həsənov müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdiriliblər. ((SOT ХР 00:00:00 NAME: Nurlan Qurbanov TITLE: həkim TEXT: )) Faktlarla bağlı araşdırmalara başlanılıb.

 

Xaliq Qurbanlı