• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2234
— 09.08.2017 15:56

Bu gündən kolleclərə qeydiyyat başlayır

KepezTV Player

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanır. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Nəsimi Məmmədov - DİM-in Gəncə Regional Bölməsinin müdiri: “Qeydiyyatdan keçmədikdə həmin abituriyentin əmri DİM tərəfindən orta ixtisas təhsil müəssisəsinə verilmir və abituriyent qeydiyyata alınmır. 21 avqustda qeydiyyat başa çatdıqdan sonra, 24-29 avqust tarixlərində müəyyən balı çatmayan, yaxud qeydiyyatdan keçməyən abituriyentlər ikinci mərhələdə boş qalan plan yerlərində iştirak hüququna malikdirlər”.

 

Xəyalə Mürsəl