Ötən mövsüm Çempionlar Liqasının qalibi olan İspaniya təmsilçisi “Real Madrid”lə Avropa Liqasının qızıl medalçısı İngiltərənin “Mançester Yunayted” klubu Makedoniyada üz-üzə gələcək. Paytaxt Skopyedə baş tutacaq görüşü italiyalı hakim Canluka Rokki idarə edəcək. “Real Madrid” bunadək 3 dəfə UEFA Superkubokunu qazanıb, 2 dəfə isə həlledici qarşılaşmada uduzub. İkinci dəfə kubok muzeyinə aparmaq üçün meydana çıxacaq “Mançester Yunayted” isə buna 26 il əvvəl nail olub. Oyun Bakı vaxtilə 22:45-də başlayacaq.
UEFA Superkuboku
8 avqust
22:45. “Real Madrid” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim: Canluka Rokki
Makedoniya, Skopye. II Filip stadionu
Orxan Cəfərzadə
- Baxış: 282