• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1390
— 09.08.2017 15:23

Qutab bişirilən obyektdə partlayış: iki yaralı var

KepezTV Player

Gəncədə partlayış olub. Hadisə mərkəzi bazarın yaxınlığında Əttarlar küçəsi ilə Nizami Gəncəvi prospektinin kəsişməsində qeydə alınıb. Şahidlərin sözlərinə görə, Xaləddin Sarıyevə məxsus, qutab bişirilən obyektdə qaz balonu partlayıb. Nəticədə obyektin sahibi və orada işləyən 52 yaşlı Raya Əsgərova yanıq xəsarəti alıb. Onlar dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Xaləddin Sarıyevin vəziyyəti normal qiymətləndirilir, qadının xəsarəti isə ağırdır. Hadisənin səbəbləri araşdırılır.

 

Orxan Cəfərzadə