• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2172
— 09.08.2017 00:43

Şəmkirdə ağır yol qəzası baş verib

Şəmkir rayonunun Qasımalılar kəndində ağır yol qəzası olub. Hərəkətdə olan “Niva” və “Mercedes” markalı avtomobil toqquşub. Qəza zamanı “Niva”nın sərnişini Gədəbəy rayon sakini 62 yaşlı Zahid Şirinov ağır vəziyyətdə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Bundan başqa “Niva”nın sürücüsü Gədəbəy rayon sakini 28 yaşlı Rauf Şirinov, həmçinin “Mercedes”də olan 3 nəfər - Şəmkir rayon sakinləri 25 yaşlı  Samir Əsgərzadə onunla həmyaşıdı olan 25 yaşlı Rizvan Əliyev, Gədəbəy rayon sakini 33 yaşlı  Ceyhun Həsənov müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Nurlan Qurbanov - həkim: “Xəstələrdən birinin  vəziyyəti kafi olduğundan ambulator olaraq evə yazıldı. Bir nəfərdə diz oynağı və topuxda açıq sınıq olduğundan əməliyyat olundu. Bir nəfərdə körpücük sümüyündə sınıq olduğu üçün əməliyyat olunub. Bir nəfərdə isə qapalı kəllə beyin travması, beyin sirkələnməsi olub, vəziyyəti orta ağır idi. Yaxınlarının öz istəyi ilə Gəncə şəhərinə komputer-temaqrafiya müayinəyə göndərilib. Hazırda xəstələrin vəziyyəti orta ağır olaraq qalır”.

 Elnur Vahidoğlu