• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2153
— 08.08.2017 18:22

Sürücü qaydanı pozdu, qəzaya uğradı

KepezTV Player

Bakının Yasamal rayonunda da yol qəzası qeydə alınıb. Zahid Xəlilov və Həsən Məcidov küçələrinin kəsişməsində 2 avtomobil toqquşub. Oktay Ağayev "Vaz 21099" markalı minik avtomobillə hərəkətdəykən qarşı yoldan gələn "Mercedes" markalı avtomobili gözləməyərək maşını sürməyə davam edib və nəticədə qəza baş verib. Hər iki avtomobil yararsız hala düşüb. Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerinə baxış keçiriblər. Avtomobillər əraziyə çağırılan evakuatorlarla cərimə meydançasına aparılıb. Qəzanın dəqiq baş vermə səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

 

Vüsalə Camal