Azərbaycan Dövlət Aqrar Universitetinin mühəndisləri təlimlərə cəlb olunublar. Ali təhsil müəssisəsinin John Deere şirkəti ilə əməkdaşlığı çərçivəsində baş tutan təlimlərin məqsədi ölkəyə gətirilən pambıqyığan maşınların texniki göstərcilərinin və istifadə qaydalarının öyrənilməsidir. Bu təlimlər növbəti pambıq yığımı mövsümündə müəllim və tələbələrin texnoloji proseslərdə birbaşa iştirakını, habelə tədris proqramlarında dəyişiklik edilərək yeni mövzuların əlavə edilməsini təmin edəcək. Təlimlər John Deere şirkətinin ABŞ-dan olan mütəxəssisi Lary Young tərəfindən aparılıb. ADAU-nun mütəxəsislərinə pambıqyığan maşının istismar qaydaları barədə məlumat verilib, universitetə gətirilmiş 2 ədəd John Deere pambıqyığan kombaynı üzərində parktiki işlər aparılıb. ADAU ilə qeyd olunan şirkət arasında işbirliyi nəticəsində universitetdə servis xidməti yaradılacaq, texnika üzrə kadr hazırlığı aparılacaq, həmçinin universitetin əməkdaşları John Deere şirkətində təcrübə keçəcəklər.
Gülnar Fazilqızı
- Baxış: 415