• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 902
— 07.08.2017 18:17

"Gelandewagen” qəzası ilə bağlı açıqlama

KepezTV Player

Gelandewagen” qəzası ilə bağlı açıqlama

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq avqustun 3-də “Mersedes-Gelandewagen” markalı avtomobilin iştirakı ilə iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən ağır nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı sakini, 23 yaşlı Nail Elman oğlu Allahverdiyevin olduğu tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq edən “Mazda” avtomobilinin sürücüsü Bakı sakini, 22 yaşlı Əlövsət Mirməhəmməd oğlu İsmayılovun olduğu da müəyyən edilib, onun isə barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib. Açıqlamada qeyd olunur ki, Prezident İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha bildirir ki, vəzifəsindən asılı olmayaraq tələblərə etinasız yanaşan, qanunları kobud şəkildə pozan hər bir məmur və ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək.

 

Vüsalə Camal