• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1054
— 07.08.2017 18:26

Hirkan Milli Parkında yanğın oldu

KepezTV Player

Hirkan Milli Parkında yanğın olub. Hadisə parkın Lənkəran rayonunun Biləsər kəndinə yaxın yüksək dağlıq ərazidə yerləşən hissəsində saat 13:00 radələrində baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə cəlb olunublar. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib. Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi parka tərəf yola çıxıb. Həmin əraziyə maşın yolu olmadığından alovun söndürülməsinə 25 nəfər əməkdaş cəlb olunub. Onlar sıx meşəliklə 3 km məsafə yol gedərək yüksək dağlıq ərazidə əl əməyindən istifadə etməklə yanğını lokallaşdırmağa çalışıblar. Nəhayət alov söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. ETSN-dən bildirilib ki, naməlum səbəblərdən baş vermiş yanğın təxminən 1 hektara yaxın ərazini əhatə edib, nazirliyin əməkdaşlarının səyləri nəticəsində ağaclara ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb. Nazirlik havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini təbiət qoynunda olarkən bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

 

Vüsalə Camal