• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1061
— 07.08.2017 18:02

Gənc çayda batdı

KepezTV Player

Ağstafada 23 yaşlı gənc Kürün Qıraq Kəsəmən kəndindən keçən hissəsində batıb. Fəyyaz Babayev çayda çimirmiş. Hazırda onun axtarışı davam etdirilir.

Biləsuvarın Səmədabad kəndi ərazisində kanalda tapılan meyitin şəxsiyyəti müəyyənləşib. Onun İmişlinin Çaxırlı kəndində kanalda batdığı ehtimal edilən 25 yaşlı Elvin Nağıyev olduğu üzə çıxıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub. Xilasedicilər hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan salamat çıxarıblar.Lənkəran sakini də dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Siyavər kəndi ərazisində yerləşən çimərliyin yaxınlığında şətin vəziyyətdə qalan Şıxıkəran kənd sakini, 21 yaşlı Kənan Abbaszadə yaxınlıqdakı insanların köməkliyi ilə sudan çıxarılıb. Gənc Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən Abbaszadəyə tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.Kürdə batmaq təhlükəsi ilə üzləşən şəxs də xilas olunub. Çayın Şirvan şəhəri ərazisindən keçən hissəsində çətin vəziyyətdə qalan şəxs xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Vüsalə Camal