• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1930
— 07.08.2017 18:16

Qətlə yetirilən qadının meyiti tapıldı

KepezTV Player

Sumqayıtda dəhşətli qətl törədilib. Hadisə şəhərin Sülh küçəsində, Təhsil İdarəsi binasının yaxınlığında qeydə alınıb. Təxminən 25 yaşlı qadının meyitini həmin vaxt ərazidən keçən sakinlər aşkar ediblər. Törədilən cinayətin yaxınlıqdakı təhlükəsizlik kamerasına düşdüyü bildirilir. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, araşdırma zamanı cəsədin üzərində zorakılıq əlamətləri aşkar edilib.Hadisə yerinə dərhal Sumqayıt şəhər Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu göndərilib. Ərazi nəzarətə götürülüb və təhlükəsizlik tədbirləri görülüb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Vüsalə Camal