• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1661
— 07.08.2017 16:23

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

KepezTV Player

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib. Azərbaycan Dövlət Aqrar Universitetində baş tutan tədbirə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, şəhər ictimaiyyətinin nümayəndələri və mərhumun ailəsi qatılıb. Çıxış edənlər Siddiqə Məmmədovanın keçdiyi ömür yolunu xatırlayaraq onun Azərbaycan elminə verdiyi töhfələrdən danışıblar. Akademikin ölkənin kənd təsərrüfatının inkişafı, yüksək peşəkarlığa malik mütəxəssislərin yetişdirilməsində üçün böyük işlər gördüyü vurğulanıb. Vida mərasimindən sonra 92 yaşında dünyasını dəyişən mərhum son mənzilə yola salınıb. Siddiqə Məmmədova Gəncədəki fəxri xiyabanda torpağa tapşırılıb.

 

Vəfa Şairova