• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1319
— 07.08.2017 16:28

"Yerində tarix" Eko-turçuları bu dəfə Gəncənin Hacıkənd qəsəbəsində olublar

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı, Elmlər Akademiyasının Gəncə Bölməsi, “Avropa Gənclər Paytaxtı- 2016” İctimai Birliyinin dəstəyi, Gəncədə fəaliyyət göstərən ali təhsil müssisələrinin təkilatçılığı ilə həyata keçirilən “Yerində tarix” adlı eko-tur davam edir. Bu dəfə tələbə-gənclər Gəncənin Hacıkənd qəsəbəsinə səfər ediblər.
Səhər saat 9 radələridir... Eko-turçular Gəncənin Hacıkənd qəsəbəsinin girişində xatirə fotosu çəkdirirlər və tur başlayır...

Gənclərin asudə vaxtının səmərəli təşkili, onların tarixi, habelə ekoloji bilik və bacarıqlarının inkişafını hədəfləyən eko-turda bu dəfə 140-a yaxın fəal gənc iştirak edib. Tələbələr Hacıkənd və onun tarixi ilə elə yerində tanış olublar. Gənclərə burada yerləşən və XIX əsrə aid olan yerli əhəmiyyətli tarixi binalar, daha dəqiq Qubernator evi, Qubernator dəftərxanası, Forer qardaşlarının evi və rus provoslav kilsəsi haqqında ətraflı məlumat verilib. Tarixi məkanlarla tanışlıqdan sonra tələbə-gənclər düşərgə yerinə gəliblər.

Düşərgə yerində Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov tələbələrlə görüşüb. Ekotur iştirakçıları ilə səmimi söhbət aparan rektor, onları maraqlandıran sualları da cavablandırıb. Daha sonra gənclər “uğur psixologiyası” adlı təlimdə iştirak ediblər. Onlarla hədəfə çatmağın, uğur qazanmağın yolları, bu yolda özünə inamın vacibliyi kimi mövzular ətrafında söhbətlər aparılıb.

Təlim yekunlaşdıqdan sonra gənclər arasında müxtəlif yarışlar təşkil olunub. Onlar voleybol, ortada-qalma kimi oyunlar oynayaraq, birlikdə əyləniblər.

Gənclər öz istedad və bacarıqlarını nümayiş etdirmək imkanı da əldə ediblər...

“Yerində tarix” eko-tur layihəsi yekunlaşdıqdan sonra isə fəal eko-turçulara sertifikat və dəyərli xatirə hədiyyələri təqdim olunacaq.
 

Gülnar Fazilqızı