Azərbaycan boksçuları Belarusun paytaxtı Minskdə Sovet İttifaqı qəhrəmanı Viktor Liventsevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə 5 medal qazanıblar. 15 ölkənin 100-dən çox kişi və qadın boksçunun qüvvəsini sınadığı yarışda komandamız 1 gümüş və 4 bürünc medala yiyələnib. Gümüş mükafatı millimizə Pərviz Bağırov, bürünc medalları isə Umud Rüstəmov, Anaxanım Ağayeva, Məhsəti Həmzəyeva və Şəhla Allahverdiyeva qazandıb.
Orxan Cəfərzadə
- Baxış: 304