KepezTV Player
Ucar rayon sakini tanışının evindən oğurluq edib. Şəhərin Rəsul Rza küçəsində yaşayan Zülfiyə Həmidova evindən qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib. Bundan sonra, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qulabənd kənd sakini, 17 yaşlı Sakit Məmmədov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən oğurlanan qızıl-zinət əşyalarının bir hissəsi maddi subut kimi götürülüb. Faktla bağlı Ucar rayon polis şöbəsində araşdırma aparılır.
Vüsalə Camal
- Baxış: 368