Faiq Qarayevin yetirmələri sentyabrın 22-dən oktyabrın 1-dək Gürcüstan və ölkəmizin ev sahibliyi edəcəyi qitə yarışı öncəsi təlim-məşq toplanışının növbəti mərhələsini Sloveniyada keçəcək. Komandamız Maribor şəhərinə bu gün yollanıb. Voleybolçularımız burada fiziki hazırlığı yekunlaşdırıb topla məşqlərə üstünlük verəcək. Millimizin Sloveniyada bir neçə yoxlama görüşü keçirməsi də planlaşdırılır. Təmsilçimiz daha sonra İtaliyaya gedəcək. Avropa çempionatına hazırlıq da məhz bu ölkədə başa çatacaq. Komandamız İtaliya millisi ilə keçirəcəyi yoxlama oyunundan sonra sentyabrda vətənə dönəcək.
Orxan Cəfərzadə
- Baxış: 317