• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 03.08.2017 20:53

Çantasından 5 kiloqrama yaxın qurudulmuş marixuana çıxdı

KepezTV Player

Ölümü alanlar və satanlar. Vicdanını kor edib, hərisliyinin, tamahının toruna düşənlər. Əməli də üzü kimi qara olanlar. Onlardan birini paytaxt polisi zərərsizləşdirib. Siz də tanıyacaqsınız.

Paytaxtda Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinə Gürcüstan vətəndaşı Maksime Kobuladzenin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğu barədə məlumat daxil olub. Polis əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə əcnəbi şübhəli şəxs qismində tutulub. Onun əlindəki torbadan 5 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Kobuladzenin ətrafında aparılan əməliyyat tədbirləri ilə müəyyən edilib ki, o, narkotik tərkibli bitkiləri Tovuz rayonu ərazisində yabanı halda bitən sahədən yığıb. Saxlanılan şəxsin ifadəsinin yerində yoxlanılması məqsədi ilə istintaq qrupu Tovuz rayonuna ezam olunublar. Həmin ərazidən yabanı halda bitən 750 ədəd ümumi çəkisi 800 kiloqram olan çətənə kolları aşkar olunaraq müvafiq protokol tərtib olunaraq məhv edilib.

Maksime Kobuladze - saxlanılan şəxs: “Avtobusla gedirdim, pəncərədən çətənə kollarını gördüm və bundan sonra onları topladım, gətirib qurutdum. Bilirəm ki, qanunu pozmuşam və əməlimə görə cavab verməyə hazıram”.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Vüsalə Camal