İndiyədək Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən birinci sinfə daxil olmaq istəyən 3961 uşağın sənədləri qəbul edilib. Onlardan 3145 nəfəri Azərbaycan, 861 nəfəri isə rus bölməsində təhsil alacaq. Sənədləri qəbul edilənlərin 2882 nəfəri məktəbəqədər hazırlıq qruplarına gedənlərdir.
Söhrab Hacıyev - Gəncə şəhər Metodiki Mərkəzin direktoru: “2017-2018-ci tədris ili üçün bu il 130 qrup fəaliyyət göstərir. Bu qruplarda dərs demək üçün 108 müəllim cəlb edilib. Kurslar hazırda da davam edir”.
Kurslar şəhərin 46 orta məktəbində 4 gün olmaqla həyata keçirilir. Dərslər 30 dəqiqə müddətində 3 fənn üzrə aparılır. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu ilə bağlı da müsabiqə keçirilir. Bu günə kimi 456 şagird vaxtından əvvəl birinci sinfə qəbul olmaq üçün müraciət edib.
Söhrab Hacıyev - Gəncə şəhər Metodiki Mərkəzin direktoru: “İmtahanlar iyun-iyul aylarında başlayıb və hazırda da davam edir. İmtahandan, yəni müsabiqədən keçmiş şagird birinci sinfə qəbul ediləcək. Xüsusi istedada malik olan və məktəbəqədə hazırlıq kurslarına cəlb edilərək, sertifikat əldə edən uşaqlar birinci sinfə müsabiqədən kənar qəbul ediləcəklər”.
Bu qayda özəl məktəbəqədər hazırlıq kurslarını bitirən şagirdlərə şamil olunmur. Müsabiqədə 2011-ci ilin 16 sentyabrından 31 dekabrınadək müddətdə doğulan uşaqlar iştirak edə bilərlər. Şagirdlərin birinci sinfə qəbulu fevral ayından başlayıb və sentyabr ayının 15-nə kimi davam edəcək. Ötən tədris ilində Gəncədə 4600 şagird birinci sinfə qədəm qoyub.
Gülnar Fazilqızı
- Baxış: 607