KepezTV Player
Gəncəlilər təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları da keçirəcəklər. Qərb təmsilçisi məqşlərini Bakıda davam etdirir. Sarı-göylər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlıq keçir. Çempionat öncəsi təlim-məşq toplanışının son dövründə komanda gün ərzində bir dəfə məşq edir. Heyətdə zədəli futbolçunun olmaması sevindici məqamlardandı. Bundan başqa hazırlıq zamanı “Kəpəz” iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Dünən Premyer Liqada 2017/2018-ci illər mövsümünün püşkü atılıb. Kəpəz ilk turda səfərdə Sumqayıtın qonağı olacaq.
Orxan Cəfərzadə
- Baxış: 389