• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1356
— 03.08.2017 12:48

“Qəbələ” çətin sınaq qarşısında

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin oyunlarına yekun vurulacaq. Turnirdəki yeganə təmsilçimiz “Qəbələ” çox vacib oyuna çıxacaq. Roman Qriqorçukun komandası 2 il əvvəl pley-offda mübarizədən kənarlaşdırdığı “Panatinaikos”la üz-üzə gələcək. Afinada keçirilən ilk görüş yunanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu səbəbdən də mərhələdə adlamaq üçün “Qəbələ” ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır.  



UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
3 avqust

21:00. “Qəbələ” (Azərbaycan) - “Panatinaikos” (Yunanıstan)
İlk oyun - 0:1
Baş hakim: Kreyq Pauson 
Bakı. “Bakcell Arena” stadionu

 

ORXAN CƏFƏRZADƏ