• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 958
— 03.08.2017 01:16

Bakı-Qazax-Gürcüstan magistralında avtomobil yoldan çıxıb 4 nəfər xəsarət alıb

KepezTV Player

Hadisə magistralın Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib.  Bakıdan Qazax istiqamətinə hərəkətdə olan “OKA” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin postunun yaxınlığında idarəetməni itrib və yol ayrıcındakı dəmir maneəyə çırpılıb. Qəza zamanı avtomobildə olan 5 nəfərdən 4-ü müxtəlif bədən xəsarətləri ilə Gəncədəki xəstəxanalara aparılıb. Zərəçəkmişlərdən 5 yaşlı Nəzrin və 7 yaşlı Nihad Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına, İlhamə Nuriyeva və Təhminə Abdullayeva isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Qəza zamanı xəsarət alan uşaqların vəziyyəti normal olsada hər iki qadının müalicəsi şöbədə davam etdirilir.

“OKA” markalı avtomobilin sürücüsü qəzadan xəsarətsiz ötüşüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 

Xaliq Qurbanlı