• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 949
— 02.08.2017 18:19

Bakıda çalışan Türkiyə vətəndaşlarının vergidən yayındıqları aşkarlanıb

KepezTV Player

Səyyar vergi yoxlamaları zamanı paytaxtda qanunsuz sahibkarlıqla məşğul olma faktları aşkarlanıb. Keşlə qəsəbəsində Türkiyə vətəndaşı Uğur Safiyə məxsus mebel sexində aparılan yoxlama zamanı, onun vergi orqanında uçota durmadan mebel istehsalı ilə məşğul olduğu məlum olub. Sexdə çalışan işçilərlə əmək müqaviləsi də imzalanmayıb. Obyektdə 701 min manat dəyərində avadanlıq və xammal uçotdan gizlədilib. Uğur Safinin işbirliyi etdiyi Türkiyə vətəndaşı Zengin Hakanın da obyektində yoxlamalar aparılıb. Zengin Hakanın 90 min manat məbləğində vergidən yayındığı ortaya çıxıb. Hər iki şəxs barəsində qanunvericiliyə uyğun əməliyyat-istintaq tədbirləri aparılacaq.

 

Vüsalə Camal