Masallı rayonunda iki mərtəbəli yaşayış evində yanğın olub. Hadisə rayonun Bədəlan kəndində qeydə alınıb. Kənd sakini Ülfət Əhmədova məxsus tikili anidən alovlanıb. Hadisə zamanı evdə ailə üzvlərindən heç kim olmayıb. Yanğından yaxınlıqdakı insanlar xəbər tutublar. Masallı Rayon Yanğından Mühafizə Hissəsindən iki, Lənkərandan isə bir yanğınsöndürən maşın və xeyli sayda canlı qüvvə əraziyə cəlb olunub. Ümümi sahəsi 280 kvadrat metr olan evin ikinci mərtəbəsi əşyaları ilə birlikdə tamamilə yararsız hala düşüb. Birinci mərtəbə və yaxınlıqda yerləşən evlərsə alovdan muhafizə olunub. Ev sahibinin sözlərinə görə, hadisə elektrik naqillərində qısaqapanma nəticəsində qeydə alınıb. Yanan ev yeni inşa edilib və ailə bir ildir ki, orada yaşayırmış.
Vüsalə Camal
- Baxış: 425