• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 02.08.2017 18:21

Velosiped qəzalarında 7 nəfər həyatını itirib

KepezTV Player

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi bu ilin birinci yarısında qeydə alınan velosiped qəzalarının statistikasını açıqlayıb. Altı ay ərzində ölkədə 10 velosiped qəzası baş verib. Hadisələr nəticəsində 7 nəfər ölüb, 3 nəfər yaralanıb. Qəzalardan 4-ü velosipedçinin təqsiri üzündən baş verib və nəticədə iki nəfər ölüb, iki nəfər yaralanıb. Digər hadisələr isə velosipedçinin avtomobil tərəfindən vurulması səbəbindən baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, velosiped sürənlər bəzən təhlükəsizlik qaydalarına əməl etmir, dəbilqə taxmır, yolun əks istiqamətində hərəkət edir, işıqlandırıcı vasitələrdən istifadə etmirlər. Qanunvericiliyə əsasən, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir. Texniki baxımdan saz və lazımi təchizatlı velosipeddən istifadə edilməli, onu idarə etməyə mane olan yük və ya sərnişin daşınmamalıdır. Velosiped nəqliyyat vasitəsi hesab edildiyindən onu sürənlərin də avtomobil yollarından istifadə etmək hüquqları var.

 

Vüsalə Camal