• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 774
— 02.08.2017 12:33

“Qarabağ” Azərbaycan futbolunda yeni səhifə açıb

Ağdamlılar buna UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Moldovanın “Şerif” klubu ilə görüşdə nail olublar. İlk qarşılaşmada evdə 0:0 hesablı sülh bağlayan köhlən atlar səfərdəki oyunda 1:2 qalib gələrək qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə yüksəlib. Bununla da “Qarabağ” Azərbaycan komandaları arasında bu mərhələyə adlayan ilk klub kimi tarixə düşüb. Qurban Qurbanovun yetirmələri "pley-off"a vəsiqə qazanmaqla ən azından Avroliqanın qrup mərhələsinə yerini təmin edib. 


Çempionlar Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunu

1 avqust

“Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) - 1:2
Qol:
 Dino Ndlovu, 45+3 (0:1), Miçel, 87 (0:2), Badibanqa, 90+4 (1:2)
İlk oyun - 0:0 
Baş hakim: Roy Reynşreyber
Tiraspol. “Şerif” stadionu

 

ORXAN CƏFƏRZADƏ