• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 970
— 01.08.2017 23:31

Tovuzda qəza baş verib

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var. Hadisə Bakı-Qazax magistralının Tovuz rayonu Düzqırıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  “VAZ 2106” və BMW markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır. 

 

Xaliq Qurbanalı